İnsanlara hürriyət, millətlərə istiqlal!

"France 3" telekanalı “sarı jiletlilər“in son aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - Foto

534 17.12.2018 03:30 Dünya A A

Fransanın aparıcı televiziya kanallarından olan "France 3" “sarı jiletlilər“in sonuncu - 5-ci etiraz aksiyası zamanı yayımladığı videogörüntülərdə təhrifə yol verməkdə günahlandırılır.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, telekanal şənbə günü Parisin Opera meydanında “sarı jiletlilər“in etiraz aksiyası zamanı nümayişçilərin əllərində tutduqları plakatın şüarını qəsdən təhrif etməkdə ittiham olunur.

Belə ki, plakatda yazılan “Makron rədd ol!“ şuarındakı "rədd ol" tələbi ekrandan silinərək, yalnız “Makron“ sözü göstərilib. Telekanal özünün "Twitter" hesabında texniki problemin baş verdiyini, həmin sözün plakatdan qəsdən silinmədiyini yazıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR