İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - Sözün aciz qaldığı an

13300 14.05.2016 14:40 Foto fakt A A
Günün fotosu budur.

Bu şəkil Şəkinin Kiş kəndində çəkilib. 

Şəhid anasıdır. Oğluyla güllə sözünü bir cümlədə işlətməzdi, "kiş-kişlər olsun" deyərdi.

O güllə bu ananı balasından ayırıb. 

İndi o, oğlunun çəkməsini iyləyir. Oğlunun iyini almaq istəyir.

O, bəlkə də bu cür edən ilk ana deyil. Başqa şəhid anaları da oğullarından qalan əşyanı, paltarı iyləyərlər - son təsəlli kimi.

Bu hərəkəti tibb elmi izah edə bilməz. Heç bir elm izah edə bilməz bunu.


Bu, faciənin şəklidir.

Bu böyük kədərin fotosudur.

Bu, ürəyi parçalanmış bir ananın aksiyasıdır.

Bu, bədbəxtliyin rəsmidir. 

Bu, dəhşətdir. 

Müharibə başladanlarda, araya qan salanlarda bir misqal vicdan varsa bu fotonun önündə lal olmalıdırlar.

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR