İnsanlara hürriyət, millətlərə istiqlal!

Formula 1 yarışları keçirilən ərazidə yerləşən məktəblər bağlanacaq? - AÇIQLAMA

10515 31.05.2022 13:34 Formula #1 A A

"Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur".

Musavat.com Report-a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: "Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəb rəhbərliyi və valideynlər qeyd olunan günlərdə məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR