İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan niyə belə canfəşanlıq edir?..

619 11.01.2022 08:40 Yazarlar A A

Qazaxıstan hadisələrinin ilk günlərində yazmışdıq ki, proseslər bizə 1990-cı ilin Bakısını, 20 Yanvar hadisələrini xatırladır.

İndi bir neçə detal vardır ki, ğümanlarımızın və təxminlərimizin yanlış olmadığını deməyə əsas verir.

Birincisi, bu proseslərin də “qəhrəmanı” rus ordusudur - bəli, bu dəfə də mülki insanların qarşısına peşəkar rus ordusu çıxarıldı.

İkincisi, burada da xəbərdar etmədən atəş açmaq əmri verildi. Qazaxıstanda bu əmri prezident Q.J. Tokayev verdi. 20 Yanvar hadisələri zamanı da belə olmuşdu: ordu silahsız insanlara, dinc etirazçılara xəbərdar etmədən atəş açmışdı.

Üçüncüsü, bu hadisələrdə də, elə qanlı 20 Yanvarda olduğu kimi, hətta uşaqlar da ölür. Biz bu sətirləri yazarkən 11 yaşlı daha bir uşağın öldürüldüyü deyilirdi.

Dördüncüsü, 20 Yanvarda Bakıya yeridilən qoşunun ermənilərdən təşkil olunduğu deyilirdi.

Qazaxıstan hadisələrində də Ermənistan canfəşanlıq edir. Paşinyanın Putinlə bu hadisələri müzakirə etdiyi bildirilir, Qazaxıstana yüzə yaxın erməni hərbçisinin göndərildiyi deyilir. Əlbəttə, demək olar ki, Ermənistan KTMT-nın üzvüdür, ona görə də Paşinyan Putinlə problemi müzakirə edə, hətta Qazaxıstana öz hərbçilərini göndərə də bilər. Amma bu, formal baxımdan belə “məntiqli” görünür. Gəl, əslində İrəvanın mərəzi başqadır. Bunlar türk qanına yerikləyən bir sürüdür.

Son illərdə türk dövlətləri arasındakı yaxınlaşma elə Ermənistanı da bərk narahat edirdi. Həm də bunlar türkləri incitmək üçün ən kiçik fürsəti belə əldən vermirlər. Məsələn, yenidənqurmanın ilk illərində M.Qorbaçov guya korrupsiyanı araşdırmaq üçün Özbəkistana xüsusi müstəntiq qurpu göndərmişdi ki, onların arasında ermənilər də vardı. Bu erməni “müstəntiq”lər tez bir zamanda bütün Özbəkistanı biri-birinə vurdular və axısqa türklərini respublikadan qovdurdular...

İndi də İrəvan belə hesab edir ki, proseslərdə Rusiyaya “dəstək” olmaq lazımdır, çünki Moskva və Qazaxıstan hakimiyyəti birlikdə türk dünyasının yaxınlaşmasını dayandırmaq əzmindədirlər. Əvvəldən belə demişdiik ki, proseslərin geosiyasi məzmunu onların siyasi motivlərindən geri qalmır. Hətta belə ehtimallar dolaşır ki, ruslar ta əzəldən Ukrayna ilə diqqəti yayındırmağa çalışırdılar.

Bütün hallarda, bu son günlərdə çox maraqlı geosiyasi proseslər baş vermişdi. Prezident Baydenlə video-formatdakı görüşdən sonra Rusiya prezidenti on yeddi maddəlik bir sənəd qəbul etdi və NATO-nun Şərqə doğru genişlənməsini dayandırmağı, post-sovet ölkələrini Moskvanın maraq sferası kimi tanımağı tələb etdi. Qərb bunu Moskvanın ultimatumu kimi qəbul etdi və Ukraynanın müdafiəsini gücləndirməyə çalışdı. Ona görə ki, bir neçə aydır Rusiyanın Ukraynaya hücum edəcəyi deyilirdi.

İndi böyük ehtimal var ki, Moskva ilə Qərb arasında siyasi “torq” - sövdələşmə olacaq. Ona görə ki, Rusiyaya da iki cəbhədə vuruşmaq asan olmayacaq. Ruslar da ya Ukraynanı, ya da Qazaxıstanı seçməli olacaqlar. Elə Qərbin də imkanları elə də böyük deyildir. Onlar da istərdi ki, asan yolla Kiyevi müdafiə etsinlər. O gün baxıram, Yens Stotenberq Ukraynadan danışır. Bəli, danışdı, xəbərdar etdi, amma axırda bir cümlə dedi: “Ukrayna bizim müttəfiqimiz yox, tərəfdaşımızdır!”. Yəni məşhur müqavilənin məşhur maddəsi Kiyevə şamil olunmayacaq və Qərb bu ölkəyə görə Rusiya ilə müharibəyə başlamayacaq.

Ona görə də NATO ölkələri də çalışırlar ki, az məsrəflə Ukraynanı Rusiyanın cəngindən qopara bilsinlər. Alınacaqmı? Təxminən bir gündən sonra NATO-Rusiya Şurası iclasını keçirəcək. Güman, burada bəzi məqamlara aydınlıq gələcək...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR