İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağa qayıdır? - SON DƏQİQƏ!

3822 24.11.2023 16:48 Qarabağ xəbərləri A A

“Qarabağdan getmiş ermənilərin geri qayıtması beynəlxalq platformalarda müzakirə olunur, lakin bu gün bu qayıdış real deyil”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər.

“Biz onların Ermənistanda qalması və ölkəmizdən mühacirət etməməsi üçün hər şeyi edəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Ermənistan baş naziri Azərbaycanı “etnik təmizləmə” ilə şərləməkdən də çəkinməyib.

Nikol Paşinyan Qarabağdan olan ermənilərin geri qayıtmaq üçün obyektiv imkanları və istəkləri olmadığı təqdirdə tezliklə Ermənistan vətəndaşlığı üçün müraciət edəcəklərinə və ölkədə həyata tam inteqrasiya edəcəklərinə ümid etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR