İnsanlara hürriyət, millətlərə istiqlal!

Elgiz Əkbər verilişi ilə bağlı verilən QƏRARDAN DANIŞDI: Kim narahatdırsa, o da... FOTO

2824 27.03.2024 14:37 Gündəm A A

Xəbər verildiyi kimi, ARB TV-də yayımlanan “Elgizlə İzlə”, “Səni Axtarıram” və “Xəbər Ətər” verilişlərinin yayım vaxtında dəyişiklik edilib.

Bu barədə ARB TV-nin rəsmi səhifələrində paylaşılıb.

Dəyişikliyə əsasən, “Elgizlə İzlə” verilişi 14:00-da, “Səni Axtarıram” verilişi isə 16:30-da efirə çıxacaq.

İZLE .png (581 KB)

SENİ .png (523 KB)

“Xəbər Ətər” proqramı 10:50-də yayımlanacaq.

ZUMRUD .png (608 KB)

Bəs görəsən, verilişlərin yayım vaxtı niyə dəyişdirilib?

Elgiz Əkbər Musavat.com-a açıqlamasında bildirib ki, bu qərarı kanal verib:

“Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Zəhmət olmasa, kanalın mətbuat xidməti ilə əlaqə saxlayın”.

Aparıcı cəmiyyətin sosial verilişlərə münasibətindən isə danışmaq istəməyib:

“Cəmiyyətin sosial verilişlərə münasibəti barədə çox danışmışam, sözümü demişəm. Eyni fikirləri təkrarlamaq istəmirəm. Kim narahatdırsa, o da cavab versin”.

Musavat.com olaraq yuxarıda qeyd etdiyimiz verilişlərin yayım vaxtında edilən dəyişikliyin səbəbini öyrənmək məqsədilə ARB TV-nin mətbuat xidmətinə sorğu göndərmişik. Cavabı yayımlayacağıq.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR