İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb

572 21.09.2018 22:12 Mədəniyyət A A

Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 21-də Moskvada Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məsələləri qaldırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR