İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikada yaşayan müsəlman qadınlar islam dünyasına nümunə oldu

8352 01.02.2015 02:53 Dünyanın bu üzü A A


“Reuters”in Los Ancelsdən verdiyi xəbərdə deyilir ki, hamını dua etməyə səsləyəndən sonra Edina Lekoviç 150 qadının qarşısında dayanıb. İndi o, adətən müsəlman kişi din xadimlərinin gördüyü işi görür. O, xütbə oxuyur, ayinləri izah edir, suallara cavab verir. 

“Dinimizə görə bizim hüquqlarımız və məsuliyyətimiz var”, xanım Lekoviç qarşısındakı müsəlman xanımlara deyir. İslamın müqəddəs kitabından qızılla yazılmış ayələr onun arxasındakı divardan asılıb. 

Xanım Lekoviç Kaliforniyadakı Müsəlman İcması Şurasının məsələləri ilə yaxından məşğul olur. İndi isə o diz çökərək üzünü qibləyə-müqəddəs Məkkə istiqamətinə tutur. 

Burası keçmiş yəhudi sinaqoqudur. Yəhudilərə məxsus “David Ulduzu” da binanın iri pəncərəsində əksini tapıb. Agentlik yazır ki, ənənəvi müsəlman məscidində müsəlman qadınlar kişilərdən ayrı ibadət edirlər. Çox vaxt da moizə edən din xadimi onlardan xeyli uzaqda dayanır. 

“Bu faktdır ki, cümə günü ibadəti zamanı bizim qadın din xadimi öndə dayanıb və dini mərasimləri icra edir”, Amerika Müsəlman Mədəniyyətinin təmsilçisi, elmlər namizədi Donna Auston deyir. 

Hussam Aylouş söyləyir ki, bir çox müsəlmanlar Amerikada digər xalqlara qaynayıb-qarışmağa çalışır, bəziləri isə özlərini bu prosesdən kənarda tuturlar. O, deyir ki, məscid elə bir yerdir ki, bütün müsəlmanlar- kişilər və qadınlar özlərini öz evlərindəki kimi hiss edirlər. 

29 yaşlı Hasna Məsnavi və 31 yaşlı Sana Muttalib Amerikada ilk dəfə olaraq yalnız müsəlman qadınlar üçün məscid açıblar. “Əvvəl biz kişilərin getdiyi məscidlərdə olurduq. Din xadiminin çıxışına ekrandan baxırdıq. Çünki o, uzaqda olurdu. İndi isə müsəlman qadın dini rəhbər kimi qadınların qarşısında dayanır. Bu, qadınlara çox xoş gəlir”, məscidi ziyarət edənlərdən biri deyir. 

Hasna Məsnavi agentliyə onu da bildirib ki, bizim istəyimiz odur ki, bütün qadınlar, sünni və ya şiə olmağından asılı olmayaraq bu məsciddə bir yerdə Allah ibadət etsinlər. Və biz buna nail olmuşuq. 

Elbəyi Həsənli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR