İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfər saxlanılıb

722 21.01.2017 04:33 Dünya A A
ABŞ polisi paytaxt Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfəri saxlayıb. 

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə yerli polis rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Piter Nyusem mətbuat konfransında jurnalistlərinə bildirib. Onun sözlərinə görə, qarşıdurmalar zamanı 6 polis işçisi yüngül xəsarət alıblar. "Bir gün əvvəlki hadisələrdə cinayətkarcasına hərəkət etmiş şəxslər həbs ediliblər. Onlar iğtişaşlarda ittihamlar olunurlar" – deyə Nyusem bildirib. 

Qeyd edək ki, paytaxtda gün ərzində polislə nümayişçilər arasında bir neçə dəfə toqquşma baş verib. Polisə hücum edən etirazçılar mağazaların vitrinlərini və maşınların şüşələrini sındırıblar. Bununla yanaşı, paytaxtın mərkəzində limuzini yandırıblar. 

Eyni zamanda Vaşinqtonda prezident Donald Trampın inaqurasiyası münasibəti ilə bir sıra tədbirlər keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR