İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyasında erməni - FOTO

7105 21.01.2017 00:36 Dünya A A

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı bununla bağlı xəbər yayıb.

Məlumata görə, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. “Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir”-Dirborn deyib. 

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı “Nahigian Strategies” şirkətinin rəhbərləridir.

Belə görünür ki, ermənilər fəaliyyəti dövründə Trampı da ələ almağa, ən azı onun dilindən “soyqırım” ifadəsini qoparmağa çalışacaqlar. 



Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR