İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq

725 24.01.2017 12:38 Dünya A A

Astanada Suriya məsələsinin nizamlanması üzrə danışıqlarda iştirak edən Suriya müxalifətinin nümayəndə heyəti barışıq zəmanətçisi olan ölkələrin yekun kommünikesini imzalamayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstandakı danışıqlarda Suriya müxalifətini təmsil edən rəsmi nümayəndə Yəhya əl-Aridi bildirib.

"İmzalanma olmayacaq. Zəmanətçi ölkələr - Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır", - deyə o vurğulayıb.

Qeyd edək ki, artıq ikinci gündür Astanada Suriya nizamlanması üzrə danışıqlar çərçivəsində görüşlər keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR