İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda körpüyə Kadırovun adı verilib

836 16.06.2016 19:28 Dünya A A
Sankt-Peterburq şəhərində  Krasnoselsk rayonundan keçən Duderqof kanalında adsız körpüyə Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun adı verilib. 

Musavat.com rianovosti-yə istinadən bildiririr ki, Sankt-Peterbuqr şəhərinin qubernatoru Georgi Poltavçenko körpünün Əhməd Kadırovun şərəfinə adlandırılması barədə sənədi artıq imzalayıb.

Çeçenistanın sabiq dövlət başçısı Əhməd Kadırovun oğlu Ramzan Kadırov Kadırov atasının adı verilən körpüyə görə Sankt-Peterburq hakimiyyətinə təşəkkür edib. O, Ramzan Kadırovun Ruusiyanın düşmənlərinə qarşı mübarizə apardığı üçün həyatını qurban etdiyini bildirib.

Xatırladaq ki, Ramzan Kadırovun atası Əhməd Kadırov Çeçenistanda Rusiyanın hakimiyyəti bərqərar olduqdan sonra  bir müddət ölkəyə rəhbərlik edib.

Əhməd Kadırov 2004-cü ildə sui-qəsd nəticəsində öldürürülüb.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində körpünün Əhməd Kadırovun adının verilməsi heç də bütün şəhər əhalisinin bir qismi tərəfindən xoş qarşılanmayıb. Sankt-Peterburq ictimaiyyətinin bir qismi, xüsuilə ziyalılar körpünün Kadırovun adına əbədiləşdirilməsinə qarşı çıxıblar.

Bununla bağlı  imzalar toplanıb, hətta iyunun 6-da Mars meydanında ertiraz mitinqi keçirilrib.

Vaqif

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR