İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

1354 21.01.2017 07:53 Dünya A A
Rusiyanın Vladivostok şəhərində A319 sərnişin təyyarəsi qəza enişi edib. 

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin regional saytına istinadən xəbər verib. Məlumata görə, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb. Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb. 

Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR