İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə qadın deputatlar arasında dava düşdü - Video, foto

5051 20.01.2017 07:38 Dünya A A
Türkiyə parlamentində qadın deputatlar arasında dava düşüb. 

Musavat.com-un məlumatına görə, konstitusiyaya dəyişiklik səsverməsində görünməmiş etiraza imza atan Ankaradan millət vəkili seçilmiş Aylin Nazlıaka qolunu tribunanın mikrofonuna qandallayıb. Bitərəf Ankara millət vəkilinin bu hərəkəti parlamentdə gərginliyə səbəb olub. 

Nəticədə AKP və HDP-dən seçilmiş qadın deputatlar arasında yaranan mübahisə daha da böyüyərək davaya çevrilib. AKP-li millət vəkili Gökçen Özdoğan HDP-li deputatlara təpik atıb, Leyla Birlik və Burcu Çelik isə saç-saça tutublar. Qarışıqlıqda CHP-çi Şafak Pavel arxası üstə yerə yıxılıb, qolundakı pratezı çıxan Paveli partiya dostları yerdən qaldırıb. Sinəsinə zərbə alan HDP-li Pervin Buldanın halı pisləşib.

1.5 saat sonra AKP-li qadın deputatların kürsüyə çıxaraq mikrofonu yerindən qoparmasıyla aksiya sona çatıb. 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR