İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar İŞİD-in gəlinləridir: məktəblilər ərə qaçırlar

3529 24.02.2015 11:34 Dünya A A
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı öz sıralarına əldə silah tuta biləcək gənclərlə yanaşı, yeniyetmə qızları da cəlb etməkdədir.
Avropanın müxtəlif ölkələrində minlərlə yeniyetmə qız evlərini, ailələrini tərk edərək İŞİD-ə qatılmaq üçün Suriya və İraqa yollanıb.
Britaniyada da belədir.
 
Milli.Az The İndependent-ə istinadən bildirir ki, "Dumanlı Albion"da yüzlərlə yeniyetmə qız İŞİD sıralarında vuruşan terrorçulara ərə getmək, onlarla ailə qurmaq üçün Suriya və İraqa qaçır.
 
"Bethnal Green Academy" məktəbinin 8 məktəblisi ötən həftə ailələrini və evlərini tərk edərək Suriyaya gediblər.
Britaniyadan Suriyaya gedən, orada İŞİD üzvü olan terrorçularla ailə qurmaq istəyən gənc qızlar arasında "debüt" edənlər Mançester şəhərinin sakinləri, 16 yaşlı Salma ilə Zəhra Halane bacıları idi.
 
Daha sonra 15 yaşlı Yüsrə Hümeyn və 17 yaşlı Səmya Diriye Suriyanın Rəqqa şəhərinə yollandılar.
 
Edinburq şəhərində yaşayan 16 yaşlı Əksa Mahmud britaniyalı yeniyetmə qızları İŞİD sıralarına cəlb edən, onlara "əsl mömin gənclərlə nikah" vəd edənlər arasındadır.
 
"Bethnal Green Academy"nin şagirdləri - 16 yaşlı Kadiza Sultanə, 15 yaşlı Şəmimə Bequm və 15 yaşlı Əmirə Abase Londondakı "Qetvik" hava limanında təyyarəyə əyləşərək Türkiyəyə, oradan da Suriyaya gediblər.
 
Daha sonra həmin məktəbin daha 4 qız şagirdi Suriyaya "nikah" üçün yollanıb.
 
16 yaşlı Yüsrənin anası, 40 yaşlı Safiyə Hüseyn qızını geri qaytarmaq üçün Suriyaya yollanmağa hazırlaşır.
 
İŞİD isə bu qızları "mömin savaşçıların gəlinləri" adlandırır və onların geri qayıtmayacaqlarını bəyan edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR