Lotereyada 14 milyon udan şəxs işdən çıxmaq istəmir
Şotlandiyanın Eldersli şəhərindən olan 52 yaşlı Con Doerti lotereyada 14 milyon funt (17.3 milyon dollar) qazansa da öz işini atmaq fikrində deyil.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Metro"-da yer alıb.
Məlumata görə, təmirçi olan Doerti öz ixtisasını artırmaq üçün kursa yazılıb.
Doertinin qonşuları onun lotereyada böyük məbləğ qazandıqdan sonra yenə də evlərə gedib tualetləri və tutulan boruları təmizləməsini gördükdə gözlərinə inanmayıblar. Doerti bildirib ki, o öz peşəsini sevdiyi üçün işini davam etdirir: "Hələ də işləyirəm. Mənim üçün dəyişən bir şey yoxdur. Etdiyim işdən zövq alıram".
Musavat.com