İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda 30-dan çox İŞİD terrorçusu edam edilib

788 24.01.2017 00:00 Dünya A A
İraqda 2014-cü ildə "Spayker" hərbi bazasında qətliam işi üzrə ittiham olunan 31 nəfər edam edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İraqın Səlahəddin əyalətinin Samirə şəhər bələdiyyəsinin rəhbəri Mahmud Xalef məlumat verib.

Onun sözlərinə görə, İŞİD terrorçusu olan edam edilmiş şəxslərin cəsədi ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, 12 iyun 2014-cü ildə İŞİD terror qruplaşmasının silahlıları Səlahəddin əyalətində yerləşən "Spayker" hərbi bazasına hücum edərək 1700 İraq hərbçisini qətlə yetiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR