İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 50 min məmur övladı ordudan yayındırılıb

1395 28.01.2015 20:05 Dünya A A
Ermənistan ordusuna əsasən imkansız ailələrin övladlarının çağırıldığı sirr deyil. 

Musavat.com-un məlumatına görə, bu mövzuya bir daha qayıdan “Jovoxurd” qəzetinin əməkdaşı ilə müdafiə naziri Seyran Ohanyan arasında İrəvandakı tədbirdə belə bir sual-cavab olub:

Sual: İndiyədək 50 min yaxın məmurun övladı bu və ya digər səbəbdən ordudan yayındırılaraq, sənədləri kənara qoyulub. Onların işinə təzədən baxılmasını mümkün sayırsınızmı? 

Cavab: Buna hüquqi qiymət verilməlidir. Bu – mənim işim deyil. Mən ordunun mənəvi-psixoloji durumuna cavabdehəm. 

Sual: Elə bir yüksək çinli məmurun adını çəkə bilərsizmi ki, indi onun övladı ölkəmizin sərhədini qoruyur?

Cavab: Konkret ad çəkə bilmərəm, ancaq son illər apardığımız siyasət sayəsində çağırışçıların paylaşdırılması püşkatma hesabına bərabər aparılır... Mən onu deyə bilərəm ki, Baş Ştab rəisinin oğulları, mənim iki oğlum orduda xidmət edir. 

Sual: Bu, hamıya məlumdur. Söhbət həm də deputatların, nazirlərin oğullarından, onların sərhəddə xidmət etməsindən gedir...

Cavab: Bu an üçün bilmirəm. Xatırlamıram. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR