İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron siqaret ağzında partladı, 7 dişini itirdi

3457 21.01.2017 05:34 Dünya A A
Amerikanın Aydaxo ştatının sakini elektron siqaretdən xəsarət alıb...

Belə ki, siqaret onun ağzında partlayıb. Endrü Hall adlı şəxs işə hazırlaşdığı dəqiqələrdə evdə siqaret çəkirmiş. Bir anda ağzında partlayan siqaret onun 7 dişini itirməsinə, üzündə yanıq izlərinin yaranmasına və dodaqlarının yanmasına səbəb olub. Onu dərhal stomatoloq yanına aparıblar və sonuncu ona amerikan yardımı edib. Hazırda zərərçəkən çətinliklə yemək yeyir. 
Holl sosial şəbəkədə elektron siqaretin partlaması ilə üzündə yaranan yanıqları nümayiş etdirən fotosunu paylaşıb. Amerikalı kişi bildirib ki, o, alətin sıradan çıxması üçün heç nə etməyib. Bu fotonu izləyənlərin sayı isə 50 mini ötüb. 

2016-cı ilin dekabr ayında isə Britaniyanın Lids şəhərində bir vətəndaşın cibində elektron siqaret öz-özünə partlayıb. Həmin vaxt kişi uşaq arabasının yanında olub. Xoşbəxtlikdən uşağa hər hansı xətər dəyməyib. 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR