İnsanlara hürriyət, millətlərə istiqlal!

Borjomini sel basdı

888 16.06.2016 18:02 Dünya A A
Dünya şöhrətli kurort şəhərində küçələrdə suyun hündürlüyü 40 sm-ə çatır.

Borjomini su basdı. ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, intensiv yağışlar, güclü dolu, daşqın Gürcüstanda xeyli problemin yaranmasına da səbəb olub. Dünyaşöhrətli kurort şəhərinin bəzi küçələrində suyun hündürlüyü 40 sm-ə qədər qalxıb. 

"Şəhərin bir çox rayonunda küçələri, evlərin zirzəmilərini su basıb. Kanalizasiya quyuları su axınını təmizləməyi çatdırmır", - deyə Borjomi şəhər bələdiyyəsindən məlumat verilib. Hələ də zirzəmilərə yığılan suyun təmizlənməsi üçün işlər aparılır. 

Dolu ölkənin kənd təsərrüfatına, meyvə bağlarına da ciddi ziyan vurub. Evlərin dam örtükləri və pəncərələri qırılıb. 

Anoloji vəziyyət Qoridə də hökm sürür. Xüsusilə Kvarxeli kəndində yaşayanlara daha çox ziyan dəyib. Bu kənddə məhsulun 80 faizi məhv olub. Şahidlərin sözlərinə görə, 10 dəqiqə davam edən dolu o qədər güclü və iri olub ki, üzümlüklər, ağaclar, demək olar ki, tamamilə məhv olub. 

Xoşbəxtlikdən təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. Yaradılan xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyən edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR