İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatından Trampa xəbərdarlıq: "Rusiyanın əlində gizli məlumatlar var"

4171 11.01.2017 17:09 Dünya A A
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Barak Obama və Donald Trampa sənədlər göndərərək, xəbərdarlıq edib.

Musavat.com ABŞ mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın əlində Donald Trampın şəxsi həyatı və maliyyə vəziyyəti ilə bağlı həssas məlumatların olduğunu bildirib.

ABŞ mətbuatının iddialarına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində Rusiyanın prezidentliyə namizəd olmuş Hillari Klintona aid məlumatları seçki kampaniyasına mənfi təsir etmək üçün yayaraq, Donald Trampın prezident seçilməsinə yardım etdiyi qeyd olunur. 

Ehtimal olunur ki, Rusiya Donald Tramp haqqında əldə etdiyi gizli məlumatları onun üzərində təzyiq yaratmaq üçün istifadə edə bilər.

Donald Tramp isə bu barədə bütün iddiaları rədd edərək, “Saxta xəbərlərdir. Siyası bir oyundur” - deyə vurğulayıb.

Kreml isə öz növbəsində səsləndirilən bütün iddiaları birmənalı şəkildə yalanlayıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR