İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dinc yürüş iştirakçılarına atəş açılıb, iki nəfər yaralanıb

314 10.08.2015 11:22 Dünya A A
ABŞ-ın Missuri ştatının Ferquson şəhərində keçirilən dinc nümayiş iştirakçıları atəşə tutulub və nəticədə iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Xəbərdə bildirilib ki, atəş açılandan sonra nümayişçilər dağılışaraq, yaxınlıqdakı binaların həyətlərinə və avtomobil dayanacaqlarına sığınıblar.

Atəş açanın kimliyi bilinmir. Polis hadisə yerində vertolyotla müşahidə aparır.
Xatırladaq ki, həmin küçədə polis tərəfindən ötən il öldürülən Maykl Braunun xatirəsinə həsr edilən kütləvi yürüş keçirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR