İnsanlara hürriyət, millətlərə istiqlal!

60 min insan iş saatı və pensiya yaşının artırılmasına etiraz etdi

1002 25.05.2016 00:09 Dünya A A
Belçikanın paytaxtı Brüsseldəki dəmir yol Stansiyasında həmkarlar ittifaqının çağırışı ilə toplanan təxminən 60 min adam həftəlik iş saatınnı 38-dən 45-ə, pensiya yaşının  isə  65-dən 67-yə yüksəldilməsinə etiraz ediblər.

Musavat.com-un məlumatına görə, Belçika hökumətinin “kəmərsıxma” tədbirlərinə qarşı çıxan nümayişçilər "Bu qədər yetər" şüarını səsləndirərək şəhərin mərkəzinə doğru irəliləyiblər. Brüsseldə ictimai nəqliyyat sektoru işçilərinin də nümayişə qatılması səbəbi ilə şəhərdaxili nəqliyyat dayanıb. Nümayiəçilərlə polis qarşı-qarşıya gəlib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Baş verən qarşıdurmada bəzi nümayişçilər saxlanılıb.

Belçika hökuməti isə ölkədəki maliyyə vəziyyətinin nizama girməsi və pensiya sisteminin davamlılığının təmin edilməsi üçün bu dəyişikliklərin zəruri olduğunu açıqlayıb.


Leyli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR