İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə QIRĞIN gedir: Onlarla rus meyiti daşınır... – CANLI

1266 04.04.2024 15:02 Son xəbər A A

Donetksdə həlak olan rus hərbçilərinin döyüş bölgəsindən çıxarılmasını əks etdirən görüntülər yayılıb. "Telegram" kanallarında paylaşılan bir videoda həlak olan 10-a yaxın rus hərbçsinin cəsədinin "BMP" döyüş maşınının üzərində daşındığı əks olunub.

ABŞ ordusunun mobil təlimatçıları Ermənistanda səfərdədir. Amerikalı hərbçilər 1-5 aprel tarixində Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi və “Zinus media” dövlət qurumunun əməkfaşlarına təlim keçir. Təlimin əsas mövzusunun ictimaiyyətlə əlaqələlər və kommunikasiya olduğu deyilir.

Aprelin 5-də Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə keçirilən görüşdə İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi gözlənilir.

"Caliber.az"ın etibarlı mənbələrdən aldığı məlumata görə, burada məqsəd Ermənistanın Avro-Atlantik məkana inteqrasiyasını təmin etməkdir.

Görüşdə xüsusilə MDB ölkələri üçün Qərblə misli görünməmiş təhlükəsizlik sahəsində əməkdaşlığın razılaşdırılması nəzərdə tutulur.

Görüşün nəticəsi olaraq ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun qabaqcıl hərbi texnika və texnologiya ilə təmin edilməsi planı razılaşdırılacaq. İlkin mərhələdə ABŞ Ermənistanı müasir anti-dron və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

ABŞ-nin Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı vasitəsilə Amerika hərbi təhsil müəssisələrində erməni hərbçilərin hazırlanması və ixtisaslarının artırılması üçün fəaliyyətlər planlaşdırılacaq.

Amerikalılar Ermənistan ordusunun kiçik zabitlərinin peşəkar hazırlığı sahəsində də köməklik göstərəcəklərinə söz verirlər.

Bundan əlavə, Ermənistan hərbi birləşmələrinin ABŞ Silahlı Qüvvələri ilə döyüş effektivliyi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədilə ABŞ-Ermənistan birgə təlimlərinin sayının artırılması gözlənilir.

Gələcəkdə ABŞ Ermənistanın xüsusi əməliyyat qüvvələrinə, xüsusən də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin guya ölkə ərazisindən keçən beynəlxalq kommunikasiyaların mühafizəsinin təşkili məqsədilə yaradılan xüsusi bölməsinə təlim keçəcək.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR