İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha 2 il "Qarabağ"da forma geyinəcək – SON DƏQİQƏ

2723 07.04.2024 14:43 İdman A A

Abdullah Zubir qarşıdakı 2 ili Azərbaycanda keçirəcək.

2018-ci ildən ölkəmizdə legioner həyatı yaşayan fransalı vinger karyerasının növbəti bölümünü də "Qarabağ"a aid etməyi lazım bilib.

Hazırkı sözləşməsi iyunda başa çatacaq 33 yaşlı oyunçu klubun irəli sürdüyü yeni şərtlərlə razılaşıb. Bunun əsasında onun əməkhaqqısının bir qədər də artırılması qərara alınıb.

Zubir "Qarabağ"a "Lans"dan gəlib. Daha öncə Şotlandiyada "Hibernian" və Rumıniyada "Petrolul"un formasını geyinib.

Mərakeş kökənli əcnəbinin adı son günlər Avropanın müxtəlif ortabab klubları ilə yanaşı hallanır. Bura "Seltik", APOEL, "CFR Kluj" və başqaları daxildir. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR