İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Misirə 5 milyard dollar məbləğində yardım ayırır

486 10.07.2013 01:50 Dünya A A
Səudiyyə Ərəbistanı iyulun 9-da Misirə 5 milyard dollar məbləğində yardım ayrılmasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Yardım 2 milyard dollar məbləğində neft-qaz məhsullarının verilməsini, 2 milyard dollar məbləğində ssudanın ayrılmasını və qaytarmamaq şərti ilə 1 milyard dollar maliyyə yardımının verilməsini nəzərdə tutur. Bundan əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti Misirə qaytarmamaq şərti ilə 1 milyard dollar və 2 milyard dollar məbləğində kredit ayırmaq niyyətində olduğunu bəyan etmişdi.

Kreditin ayrılması barədə qərarın axın iki gün ərzində təsdiqlənəcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR