İnsanlara hürriyət, millətlərə istiqlal!

Culakyan Qarabağda qalan 30-40 ermənidən danışdı 

7007 04.12.2023 16:25 Qarabağ xəbərləri A A

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində Qarabağın Azərbaycanın tərkibində tanınmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı parlamentdə iqtidar və müxalifət partiyalarının deputatları arasında ciddi mübahisələr yaşanıb.

Xüsusilə iqtidar fraksiyasının üzvü Arusyak Culakyanın qanun layihəsinin tərəfdarı, müxalif deputat Artsvik Minasyana dedikləri yadda qalıb.

Qeyd edək ki, Minasyan yenə də Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququndan dəm vurub.

“Xalqların müəyyən ərazidə öz müqəddəratını təyin etməsi hamıya məlum faktdır. Lakin artıq bu ilin sentyabrından Qarabağda erməni qalmayıb. 30-40 nəfər istisna olmaqla, Qarabağ ermənilərinin demək olar ki, hamısı bu gün Ermənistanda yaşayır.

“Öz müqəddəratını təyin etmək”dən danışarkən indiki məkan-zaman kontinuumunda sizcə, “artsax” (ermənilərin qondarma separatçı quruma qoyduqları uydurma ad - red.) harada öz müqəddəratını təyin etməlidir və buna nail olmaq üçün metodu, “yol xəritəsini” necə təsəvvür edirsiniz”, - deyə Culakyan Minasyana sual ünvanlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR