İnsanlara hürriyət, millətlərə istiqlal!

Çitada divar yazısına görə 16 yaşlı qıza həbs cəzası verdilər

481 26.04.2024 12:42 Dünya A A

Çitada divara dövlət əleyhinə şüar yazan qıza hökm oxunub.

Musavat.com xəbər verir ki, bu barədə Chita.ru məlumat yayıb.

Bildirilir ki, yeniyetmə məhkum Çitadakı 49 saylı məktəbdə 9-cu sinifdə oxuyub, jurnalist olmaq arzusunda olub. Müəllimləri onu düşüncəli yeniyetmə kimi xarakterizə ediblər. Rok musiqisini sevən qız sosial şəbəkələrdə onun maraqlarını bölüşən 19 yaşlı bir oğlanla tanış olub və 2022-ci ilin dekabrında iki böyük rəfiqəsi birlikdə divara dövlət əleyhinə şüar yazdıqdan sonra FTX əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, qraffiti, demək olar ki, başqaları üçün görünməz idi. Bununla belə, məktəbli qıza və onun rəfiqəsinə qarşı terror fəaliyyətinə çağırışlar və terrorçuluğa ictimai bəraət qazandırdıqları üçün cinayət işi açılıb.

“Onlar müəyyən aspektlərə görə hakimiyyətdən narazıydılar və oğlanların xüsusi əməliyyat zonasına göndərilməsinin əleyhinə idilər... Komissarlıqların yandırılması başlayanda onlar bu barədə statusla yazmışdılar. Amma yenə çağırış yox idi... Qızların baxışları beləydi. Kommunistcəsinə, - oliqarxlar olmasın, insanlar bərabər olsun deyə”, - qızın atası deyib və İstintaq Komitəsinin təfsirlərini ürküdücü, müstəntiqləri şərçi adlandırıb.

2023-cü ilin yanvarında gənclər təqiblərdən qorxaraq gizli şəkildə Rusiyanı tərk etmək qərarına gəliblər, lakin məktəbli qız planları barədə valideynlərinə danışmayıb. Təhlükəsizlik qüvvələri onu İrkutskda, dostunu isə Omskda saxlayıblar. Məhkəmə qıza ev dustaqlığı verib, lakin bir neçə aydan sonra o, anasının yubileyindən evə bir neçə saat gec gəldiyi üçün istintaq təcridxanasına salınıb.

Qızın vəkili qeyd edib ki, o, yaşca böyük dostunun təsiri altına düşüb və yanlış zamanda səhv yerdə olub. Valideynləri əmindirlər ki, baş verənlər kövrək bir uşağın psixikasının, yeniyetməlik maksimalizminin və üsyan istəyinin nəticəsidir.

Ata qızının cəza olaraq cəriməlnəcəyinə, vəkil isə şərti cəzaya ümid edirmiş, lakin aprelin 23-də məhkəmə azyaşlını 3,5 il müddətinə azadlıqdan məhrum edib. Məktəblinin ailəsi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir. Bəzi məlumatlara görə, bu, məhkəmə təcrübəsi tarixində yeniyetməyə tətbiq edilən ilk belə cəzadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR