İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şrek"i bu güləşçidən ilhamlanaraq yaradıblar – Div yoxsa nəhəng, qorxulu mələk

2997 09.05.2024 22:10 Maraqlı A A

“Şrek” cizgi filmini böyüklər də, kiçiklər də sevərək izləyirlər. Bu ekran işinin baş qəhərmanı deyingən, amma gözəl ürəkli, çirkin divdir.

"Şrek"in prototipi real həyatda yaşayıb. O, amerikalı professional güləşçi Moris Tiye olub.

"Şrek" obrazının yaradıcısı Villiam Steiqin atası bu güləşçi ilə bir zamanlar tanış olub və onunla şəkil çəkdirib. Steiq Tiyenin qeyri-adi görünüşünü unuda bilməyib. Nəhayət sonralar bir əsərində onu təsvir edib və “Şrek doğulub”.

Tiye 14 dildə danışa bilir, gözəl şahmat oynayırdı. Görünüşü hər nə qədər qorxunc idisə, özü bir o qədər mehriban və xeyirxah insan idi.

Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.

Gəncliyində Tiye uğurlu reqbi oyunçusu idi. 1926-da İngiltərə Kralı V Corc adına mükafatı qazanmışdı. Tiye hüquqşünas olmaq istəyirdi. Buna görə Fransada Tuluza Universitetinin Hüquq fakultəsinə qəbul olur. Sonra xəstəliyi ilə əlaqədar olaraq hüquq karyerası yarıda qalır.

"Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. Buna qulaq asmaq sadəcə mümkün deyil. Buna görə mən Fransız Donanmasına getdim"- o, bir müsahibəsində demişdi.

Tiye Universiteti tərk etdikdən sonra 5 il Fransız Donanmasında xidmət edir.

Moris Tiye dindar katolik idi. 1947-ci ildə Roma papası onu görüşünə qəbul edib. İndiyə kimi Roma papası ilə görüşmək şərəfinə nail olmuş yeganə güləşçidir. Anasının sayəsində o, katolik məktəbində təhsil almışdı. Burada o, bir neçə xarici dil də öyrənmişdi. 1942-ci ilin ortalarında Tiye rus, ingilis, fransız, bolqar, litva dillərində səlis danışırdı. 

Tiye bir neçə dəfə qeyd edib ki, uşaqlığının çox hissəsini Sankt-Peterburqda keçirib. Çox güman ki o, hardan gəldiyini və uşaqlığını harda keçirdiyini amerikalılara bildirmək istəyirdi. Görünüşü ilə Tiye fəlsəfi və yumoristik idi. Gənclik illərində cəmiyyətə qarışmaqda çətinlik çəkirdi. Vaxt keçdikcə o, mənfi cəhətlərini üstünlüyə çevirməyi bacardı.

"Gəmi heyəti üzvləri məni meymuna oxşadırdılar və mən bundan çox məyus olurdum. Bu kimin xoşuna gələr? Lağa qoyulmaqdan qurtulmaq üçün boş vaxtlarımı sahildə keçirirdim. Orada yaşayan əhali mənim görünüşümdən çox narahat idi", deyə Tiye bildirib.

Maraqlıdır ki, güləşçi kimi onun ləqəbi “Fransalı mələk” olub.  Məğlubedilməz güləşçidən sonra bir çoxları özlərinə mələk təxəllüsü götürsələr də, nəhəng mələyi kimsə unutmayıb. Tiye 1950-ci ildə 54 yaşında vəfat edib.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR