İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI

378 24.04.2024 16:33 Yaşam A A

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir".

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.

Pediatr qeyd edib ki, infeksiya (bakteriya və ya virus) ilə qarşılaşma ciddi ağırlaşmalara səbəb ola bilər və xroniki xəstəliyin şiddətini artıra bilər: "Peyvənd infeksiyalardan qorunmağa kömək edə bilər. Bununla belə, bu cür uşaqlar üçün peyvəndlər fərdi peyvəndləmə taktikasının diqqətlə seçilməsini və tətbiqini tələb edir.

Peyvənd anamnestik məlumatlar, perinatal dövrün xüsusiyyətlərini, psixofiziki inkişafı, keçmiş xəstəlikləri öyrəndikdən sonra başlamalıdır".

Səbinə Cəfərova bildirib ki, uşaq kəskin xəstəlik vəziyyətindədirsə, o zaman xəstəlik dövründə peyvənd azad edilir:

"Müxtəlif xroniki xəstəliklər üçün uşaqlar remissiya mərhələsində peyvənd edilir. Belə hallarda həkim uşağı müayinə etdikdən, onun müayinəsi, müalicəsinin məlumatları ilə tanış olduqdan, müvafiq mütəxəssislərlə məsləhətləşdikdən sonra peyvənd etməyə başlama imkanını müəyyən edir: nevroloq, allerqoloq, otolarinqoloq və s.

İmmun çatışmazlığı olan uşaqlar yalnız inaktivləşdirilmiş vaksinlərlə peyvənd oluna bilər. Xəstəliyin kliniki təzahürləri və immun çatışmazlığı olmayan İİV-ə yoluxan uşaqlar peyvənd təqvimindəki bütün peyvəndlərlə peyvənd olunurlar".

Pediatr bildirib ki, immunçatışmazlığı olan bütün uşaqlara adi peyvəndlərlə yanaşı hər il qripə qarşı peyvənd edilməlidir.

Qeyd edilməlidir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb.

Belə ki, Sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi də burada öz əksini tapıb.

Pediatr həmçinin qeyd edib ki, misal olaraq poliomielit peyvəndini göstərə bilərik: "Bəziləri isə 10-15 il ərzində daha güclü qoruyucu gücə malik olur. Qızılca, məxmərək bu peyvəndlər sırasındadır. Amma sağlamlıq vəziyyəti imkan verməyən uşaqlara peyvənd vurulmur".

Səbinə Cəfərova qeyd edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var: "Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa, ona peyvənd edilir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni, 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir.

Bütün vaksinlər əvvəlki dozaya şiddətli reaksiya və ya peyvənd sonrası ağırlaşma olubsa, təxirə salına bilər.

Vaksinasiya üçün yalançı əks göstərişlər də var. Bunlara perinatal ensefalopatiya, timus vəzinin böyüməsi, allerqiya, astma, ekzema, anadangəlmə qusurlar, anemiyalar aiddir. Hər bir halda peyvəndin vurulub və ya vurulmamsına yalnız həkim qərar verə bilər".

Pediatr sonda bildirib ki, anadangəlmə immunodefisit zamanı yalnız inaktivləşdirilmiş peyvənddən istifadə etmək olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR