İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu çay həzm sistemini GÜCLƏNDİRİR - Mədə xəstəliklərindən xilas olmaq üçün 1 stəkan içmək kifayətdir FOTO

1344 01.03.2024 15:53 Yaşam A A

Həzm sistemindəki problemlər mədə və bağırsaqlarda tez-tez ağrılara səbəb olur.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, qəbizlik, ishal, mədə spazmı və şişkinlik kimi bütün həzm problemlərinə qarşı tək təbii üsul bitki çayıdır.

Təbii nanə çayından müntəzəm istifadə həzm problemlərinin, xüsusilə qəbizliyin qarşısını alır. 

Nanə çayının tərkibindəki təbii yağ turşuları və flavonoidlər həzm sistemini gücləndirir. Gün ərzində acqarına 1 stəkan nanə çayı içmək mədə və bağırsaqlardakı problemləri, o cümlədən xora kimi xəstəliklərin aradan qaldırılmasına kömək edir.

Nanə çayının tərkibindəki komponentlər antispazmodik təsirə malikdir. Bu, qusma və ürəkbulanma hisslərini aradan qaldırmağa kömək edir. Mədə spazmlarına yaxşı təsir edən nanə çayı şişkinliyi və ağrıları da aradan qaldırır.

Nanə çayı mədənin selikli qişasını qoruyur, bağırsaqlarda narahatlıq və qəbizliyi aradan qaldırmaq üçün əhəmiyyətli şəfa mənbəyidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR