İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN!Erməni xüsusi təyinatlılar kəndə GİRDİ-minalanan kilsə ərazisində ƏMƏLİYYAT başladı – ŞOK VİDEO

1686 22.04.2024 13:36 Ölkə A A

Azərbaycana qaytarılması nəzərdə tutulan Ermənistanın Tavuş vilayətindəki Aşağı Əskipara kəndinin sakinlərinin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

Bu barədə erməni mediasına kənd sakinləri məlumat veriblər.

Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.

Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.

Ermənistanın Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşən Tavuş vilayətində sakinlər öz ordularının döyüş mövqelərinə hücum etməyə çalışıblar. Bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb. Kəndlərin minalardan təmizlənməsi prosesinin qarşısını almağa çalışan bir qrup şəxsin erməni ordusunun mövqelərinə doğru qaçdığını əks etdirən görüntülər paylaşılıb.

Onların birbaşa döyüş mövqelərinə irəliləməyə çalışdığı bildirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə erməni “Telegram” kanallarında videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndində yerləşdirilmiş erməni sakinlərin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR