İnsanlara hürriyət, millətlərə istiqlal!

BSU-da autizmdən əziyyət çəkənlərə dəstək məqsədilə layihə hazırlanıb

1581 09.04.2017 09:00 Sosial A A

"Dünya Autizm Maarifləndirmə" ayı ilə əlaqədar Bakı Slavyan Universitetinin (BSU) tələbələri tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

"Report" xəbər verir ki, videoçarxda BSU-nun rektoru, professor Nurlana Əliyevanın, Universitetin professor-müəllim heyətinin və tələbələrin çıxışları öz əksini tapıb.

Layihənin məqsədi autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarətdir.

BSU-nun nəzdində fəaliyyət göstərən Tələbə Xeyriyyə Fondu tərəfindən hazırlanan sosial çarxın layihə rəhbəri Samirə Süleymanova, rejissorlar isə Şahin Sərdarlı və Sahib Azəroğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR