İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya və Fransadan Ukraynaya TAM DƏSTƏK – Rusiyaya ölümcül ZƏRBƏ – Kamran Həsənli CANLIda

655 08.04.2024 16:02 Gündəm A A

“Ukrayna Rusiya ilə müharibədə qalib gəlməlidir və Qərb müttəfiqləri Rusiyanın məğlubiyyətini təmin etmək üçün daha çox iş görməlidir”.

Bu bəyanatla Böyük Britaniyanın xarici naziri Devid Kemeron və Fransanın xarici işlər naziri Stefan Sejournet “The Telegraph” qəzetində tarixə ANTANTA kimi düşmüş Fransa-Britaniya ittifaqının bağlanmasının 120 illiyinə həsr olunmuş birgə məqalədə bildiriblər.

"Ukrayna uduzsa, biz hamımız itiririk. Hazırda Ukraynaya dəstək verməməyimizin bədəli Putinin təcavüzünü dəf etməkdən qat-qat çox olacaq", - məqalədə deyilir.

Yazıda London və Parisin Kiyevə dəstəyinin konkret nümunələri, o cümlədən “Scalp” və “Storm Shadow” raketlərinin tədarükü və ukraynalı pilotların təlimi qeyd olunur. Eyni zamanda məqalədə bildirilir ki, Ukraynaya dəstək üçün daha da böyük səylər göstərilməlidir.

Nazirlər fevral ayında Parisdə keçirilən görüşdən də bəhs edir. Burada digər məsələlərlə yanaşı, Ukraynaya NATO hərbçilərinin göndərilməsi imkanları da müzakirə olunub. Mətnin özündə bu ehtimaldan bəhs edilmir.

Kameron və Sejournet həmçinin beynəlxalq terrorizmlə mübarizənin vacibliyini qeyd edir və yazırlar ki, Putinin Ukraynaya qarşı aqressiv müharibəsinə baxmayaraq, Fransa və Britaniya “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar Rusiya xalqı ilə həmrəylik ifadə ediblər.

Nazirlər qeyd edirlər ki, ANTANTA-nın yaradılmasından 120 il keçsə də, Fransa və Böyük Britaniya dostluğu davam etdirir və onların birgə tarixi gələcəyə qaranlıq günlərdə belə nikbinliklə baxmağa imkan verir. "Birlikdə mövcud çətinlikləri aradan qaldırmaq üçün başqalarını da özümüzlə apara bilərik", - Kameron və Sejournet yenilənmiş ANTANTA haqqında yazırlar.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR