İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya prokurorluğu “Formula 1”in keçmiş rəhbərini məhkəməyə verir

9709 12.07.2022 02:34 Formula #1 A A

Britaniyanın Baş Prokurorluğu “Formula 1”in keçmiş rəhbəri Berni Ekklstouna qarşı vergidən yayınma işi üzrə ittiham irəli sürmək qərarına gəlib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun bazar ertəsi yaydığı məlumatda deyilir.

Prokurorluq bu addımın hərtərəfli və genişmiqyaslı istintaqdan sonra atıldığını vurğulayıb.

Qurum, həmçinin bütün maraqlı tərəfləri prosesin obyektiv gedişatına xələl gətirə biləcək məlumatları işıqlandırmaqdan, şərh verməkdən və onlayn paylaşmaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Berni Ekklstoun 1978-2017-ci illərdə “Formula 1”-in rəhbəri vəzifəsində çalışmış böyük britaniyalı sahibkardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR