İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT baş katibi “soyuq müharibə”nin qayıtdığını bəyan edib

751 23.04.2018 09:05 Dünya A A

BMT baş katibi Antoniu Quterreş “soyuq müharibə”nin qayıtdığını bəyan edib. APA-nın xəbərinə görə, bu barədə SVT telekanalı məlumat yayıb.

“Aydındır ki, “soyuq müharibə” qayıdıb. Lakin, ABŞ və Rusiya artıq əvvəlki kimi hamıya nəzarət edə bilmir. Yaxın Şərq regionundakı bir çox ölkələr çox fəaldırlar: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. Hazırda dünyada iki oxşar və nəzarət olunan blok yoxdur”, - deyə Antoniu Quterreş qeyd edib.

 

O, həmçinin BMT-nin Suriyadakı münaqişəni nizamlamaq iqtidarında olmadığını qeyd edib.

Antoniu Quterreş münaqişələrin dərinləşməsinin qarşısını ala biləcək nəzarət mexanizmlərinin artıq olmadığını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR