İnsanlara hürriyət, millətlərə istiqlal!

ZAKİR QARALOVUN ƏMİSİ OĞLUNUN BİNASINA BOMBA QOYAN KİMDİR?

8195 23.10.2012 09:52 Bizim qonaq A A
Xəzər Rayon Məhkəməsindən ANS-ə verilən məlumata görə, binaya bomba qoyulması barədə məlumat oktyabrın 20-də 09:30 radələrində verilib. Sonradan xəbərin yalan olduğu müəyyən olub və yalan xəbəri verən şəxs tutulub. Onun Daşqın adlı şəxs olduğu bildirilir.
Redaksiyamıza daxil olan xəbərdə isə deyilir ki, bu xəbərin yayılması təsadüfi olmayıb. Xəbəri verən şəxs rayon məhkəməsinə baş prokuror Zakir Qaralovun əmisi oğlu İlqar Qaralovun sədr təyin olunmasına qarşı olub. Buna görə də belə bir ağılsız addım atıb. Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin sədri İlham Ağayev sentyabrın əvvəllərində avtoqəza zamanı dünyasını dəyişib. Faciəvi ölümünə kimi İ.Ağayevin adı mətbuatda deputat Zeynəb Xanlarovanın adam güllələyən qohumu, Türkan qəsəbə sakini Daşqın Nəsirovu azad etdiyinə görə hallanırdı. Onun ölümündən sonra rayon məhkəməsində D.Nəsirovun işindən savayı faktiki olaraq digər işlərə baxılmırdı. Bir neçə gün əvvəl isə Xətai Rayon Məhkəməsinin hakimi İ.Qaralov tutduğu vəzifəsindən azad edilərək Xəzər Rayon Məhkəməsinə sədr təyin olunub.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR