İnsanlara hürriyət, millətlərə istiqlal!

21 DEKABRLA BAĞLI “YENİ MÜSAVAT”da SƏS-KÜYLÜ DEBAT

7619 07.12.2012 09:51 Bizim qonaq A A

Müzakirəyə başlamazdan əvvəl qonaqlarımızı salamlayıb, mövzunun ictimai əhəmiyyəti barədə qısa arayış verdik. Daha sonra isə bu müzakirənin yaranmasına səbəb olan, H.Həsənovun müsahibəsindəki bəzi detalları xatırladıb, sözü öncə elə ona verdik. İstədik ki, onun fikirlərini bir daha yada salmaqla eyni zamanda müzakirənin də istiqamətini müəyyənləşdirək.

Həsən Həsənov:
- 21 dekabrda qiyamət olacağı ilə bağlı dediklərimin düzgün başa düşülməsini istəyirəm. Burada söhbət dünyanın, fiziki aləmin varlığından getmirdi. Söhbət o vaxta qədər toplanmış maddi təcrübənin sona çatmasından, materiyanın inkişaf prosesindən gedirdi ki, materiya artıq özünün inkişafının pikinə çatdı. Yəni bütün bu təcrübə ruhun təcrübəsinə yönələcək. Özü də mən ona qiyamət demirəm, qiymət deyirəm. Çünki imtahan verib qiymət alanlar növbəti mərhələyə keçirlər. Yəni sanki birinci sinif idilər, keçirlər ikinci sinfə. Qiymət ala bilməyənlər birinci sinifdə qalacaqlar. Ola bilsin, hətta hazırlıq mərhələsinə getdi. Bu nə deməkdir? Elmi nöqteyi-nəzərdən yanaşsaq, zaman materiyanın dalğavarı formasıdır. Zaman ruhda yoxdur. Ruhun zamanı yoxdur. Ruh yalnız materiyaya daxil olduqda zaman başlayır. Bu o deməkdir ki, bu sınaqdan çıxanlar ruhun inkişafının növbəti mərhələsinə keçəcəklər. Çıxa bilməyənləri isə vəziyyətdən asılı olmayaraq, ya orta əsrlərə, ya da ibtidai icma dövrünə tullayacaqlar ki, bu maddi təcrübəyə yenidən başlasın. Bunun müxtəlif mənbələrdə müxtəlif əlamətləri var. Bunlardan biri də budur ki, “odla su arasında qalacaqsınız”. Eyni zamanda bu fikir astroloji təsdiqini da tapıb. Biz indiki şəraitdə Qoç bürcünün himayəsindəyik. Qoç bürcü odu təmsil edir. Bundan sonra inkişaf gəlir Balıqlar bürcünə. Ruhun inkişafı Balıqlar bürcündə davam edəcək. Balıqlar bürcü suyu, Qoç bürcü odu bildirir. Və Qoç bürcünün qurtarması Balıqlar bürcünün də başlanması həmin odla su arasında qalmanın təsdiqidir. Bunu danmaq olmaz, bundan keçmək olmaz.

Ramin Həsənzadə:
- Ümumiyyətlə, məsələyə belə prizmadan baxmaq lazımdır ki, qiyamət qorxulu şeydir, yoxsa yaxşı şeydir? Qorxuludursa istəyir 21 yanvarda olsun, istəyir 21 martda - fərqi yoxdur. İnsanlar buna görə narahat olmalıdırlar. Amma yox, qiyamət yaxşı şeydirsə, buna görə narahat olmaq lazım deyil. İstəyir indi olsun, istəyir 5 il sonra, ya da 10 il sonra. Qiyamət sözünün kökü ərəb mənşəli olub. Mənası qiyam, oyanmaq, dirçəlməkdir. Bayaq Həsən müəllim bir nöqtəyə toxundu, amma əvvəlini dedi, sonra başqa şeyə keçdi. Allahın yaratdığı hər bir məxluqun bir başlanğıcı, kamal nöqtəsi var. Allah bütün kamal sifətlərə sahibdir, bizə özünü bu kamal sifətləri ilə tanıdıb. Allah heç bir şeyi hədəfsiz və məqsədsiz yaratmayıb. Hər bir məxluqun bir başlanğıcı və bir hədəfi var. Dünya özü də Allahın məxluqlarından biridir. Bunun bir əvvəli, bir sonu var. Bir gün bu da, Həsən müəllim dediyi kimi, öz pik, kamal nöqtəsinə çatacaq. Bu kainat, bu qalaktika ki biz yaşayırıq, onun da bir sonu var. Əbədi olan ancaq Allahdır. O qiyamət günü deyilən gün o nöqtəyə çatacaq, o nöqtədən sonra dağılacaq. Amma dağılmaqda məqsəd Allahın öz bəndələrinə zülm etməsi deyil, bəndələrinə daha kamil dünya verməkdir. Və o kamil dünyada bu əməllərə görə insan öz mövqeyini tutacaq, nəinki təzədən bura qayıdacaq. Həsən müəllimin fikirlərinə hörmətlə yanaşıram. Amma heç bir ilahi dində bu, təsdiqini tapmayıb. İnsan bir dəfə yaranıb, bir dəfə də imtahan verib əbədiyyətə qovuşur.

- Həsən müəllimin konkret hansı fikri ilə razılaşmadığınız qaranlıq qaldı?

R.Həsənzadə:
- O deyirdi ki, bu sınaqdan çıxanlar ruhun inkişafının növbəti mərhələsinə keçəcəklər. İslamın dediyi qiyamət budur ki, artıq bu dünya olmayacaq. İslamın dediyi qiyamətdən sonra tamam başqa bir dünya olacaq. Həmin o dünyada bədən inkişaf etməyəcək, hər zaman cavan qalacaq. O dünyada israf olmayacaq. Cənnətin xüsusiyyətləri ki, təqdim olunub, orada zaman işləməyəcək. O, tamam başqa bir aləmdir. Allah-təala bunu Quranda da buyurub. Burdan sual çıxır ortaya: qiyamət nə vaxt olacaq? Allahın bu dünyanı yaratmaqda məqsədi Günəşi, Yeri... yaratmaq olmayıb. Bir məqsəd üçün, insan üçün yaradıb bunları. Allahın və Quranın hədislərinə görə, yerdə ilahi əmr gerçəkləşəcək. İnsanlar tam kamil yetişəcəklər. O qədər kamil yetişəcəklər ki, artıq ilahi şəxsi qəbul etmək əzmində olacaqlar. Yer üzündə kamil cəmiyyət qurulmayınca, Allahın hədəfi yer üzündə gerçəkləşməyincə, qiyamət heç vaxt gerçəkləşməyəcək. Əks haldac dünyanın özünün yaradılışı mənasız olacaq. Bu da Quranın məqsədinə ziddir. Praktik baxımdan həmin günün baş tutmasına çox var - bəlkə də deyərdim yüz illər. Dünyada qloballaşma gedir. İnsanlar başa düşür ki, birləşməliyik. 100 il bundan qabaq hərbçilər dünyanı idarə edirdi, indi siyasət. İndi daha təkmil formadadır. Yaxşılığa doğru bir inkişaf gedir.
Ruhani kimi deyə bilərəm ki, Allah Quranın 63-cü surəsində buyurur ki, camaat səndən qiyamət gününün vaxtını soruşur, ya Muhamməd. O da deyir ki, “onlara de ki, o, yalnız və yalnız Allahın yanındadır”. Bu məlumatdan peyğəmbərlər də məhrumdur. Hətta zühur edəcək İmam belə bundan məhrumdur. İslama görə, kim ki qiyamət gününün nə vaxt olacağı ilə bağlı göstərilən tarixlərə inanır, günah edir. Buna görə gərək tövbə etsin. Bunun Quranda ziddinə olan ayə var.

Səbuhi Rəhimli:
- Dünya yaranışından hər bir şüurlu varlıq bilir ki, yaranmış bir şey nə vaxtsa ölür. Bu, dini, qədim yazılı mənbələrdə də var ki, nə vaxtsa dünya dağılacaq. Zaman-zaman belə xofla insanları daha çox əsarətdə saxlamaq üçün qiyamət günü ilə bağlı ortaya iddialar atılıb. 1666-cı ildə Avropada dedilər ki, axşam saatlarında qiyamət olacaq. 200 minə qədər insan özünə qəbir qazıb uzanmışdı içinə. Həmin gün 5-ə 5 dəqiqə qalmış adi şimşək çaxıb, yağış yağıb - sıradan təbiət hadisəsi baş verib. Həmin o şimşəkdən xoflanan minlərlə insan elə qəbirlərin içində ölmüşdü. Elə ordaca onları basdırdılar. 1999-cu ildə də belə deyirdilər. 7 sentyabr 1999-cu ildə də dünyanın sonunun çatacağı ilə bağlı təlaş vardı. İnsanlar o zaman da kibrit, şam almışdılar. Pulunu tamam xərcləyənlər də həmçinin çox idi. 1999-cu il alınmadı, 2012-ci il dedilər. 2010-cu ildən bu xəbəri təkzib etməklə məşğulam. 21 dekabrda cəmi 3 hadisə olacaq. O zaman nə NASA, nə də hansısa güc mərkəzləri bu hadisələrin qarşısını ala biləcək. Dekabrın 21-də Bakı vaxtı ilə 15.12-də Günəş Oğlaq bürcünə girəcək. Oğlaq bürcü başlayacaq. İkincisi, ən uzun gecə olacaq və qış başlayacaq. Bundan başqa, heç nə olmayacaq. O ki qaldı Həsən müəllimin dediyinə, biz nə Qoç bürcündə yaşayırıq, nə Qoç erasında. Hazırda biz Oxatan bürcünün himayəsindəyik. Balıqlar erası 91-ci ildə də bitdi. 12 illik sikl var.
Balıqlardan Dolça erasına keçid zamanı da dünyada insan maddiyyatdan enerji informasiyaya keçir. Mobil telefonlar, internet, telekommunikasiyanın növləri inkişaf edir. İnsanlarda telepatik qabiliyyətlər yaranır. Balıqlar erasında çox şey bir-birinə qarışmışdısa, pisi yaxşıdan ayırmaq mümkün deyildisə, eranın dəyişməsində bu məsələ öz rolunu oynayacaq. Bundan başqa, buzlaqlar əriyir, bəzi təbiət hadisələri baş verir. Bu, kosmik ritmin ahəngini tənzimləyir.

- Həsən bəy, siz müsahibədə konkret ayın 21-dən 22-nə keçən gecə, saat 2.30-da bəzi hadisələrin baş verəcəyini demişdiniz. Bunu nəyə əsaslanaraq iddia etmişdiniz? Burda fərqli sahələrin ekspertləri də var: fikirlərinizi söyləyin, ekspertlər də öz düşüncələrini səsləndirsinlər.

S.Rəhimli (müdaxilə edir):
- Mən o müsahibədən bəzi çıxarışlar etmişəm. Həsən bəy deyir ki, “21 dekabrda tövbə qapısı bağlanacaq. Göylərin qapısı bağlanacaq. Bütün maddiyat ruhaniyyata yönələcək. Adron kalayder işə salınacaq”. Bu sonuncu xüsusən şübhəlidir. Çünki söhbət bir şəbəkədən, setdən gedirsə, onu işlətmədən o işləyə bilməz. Hansısa bir stansiya dayana bilər ki, işləyə bilməz. Çünki onun açarı insanın əlindədir. Ürək xəstəliyi, xərçəng olanlar öləcək deyirsiniz - inciməyin, Həsən müəllim, amma bu, populist çıxışdır. Tövbə qapısını bağlamaq absurddur. Bunu deyirsinizsə, zəhmət olmasa, həm də əsaslandırın.

(Davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR