İnsanlara hürriyət, millətlərə istiqlal!

21 DEKABR DÜNYANIN SONU OLACAQ?

9599 08.12.2012 09:43 Bizim qonaq A A

S.Rəhimli (müdaxilə edir):
- Mən o müsahibədən bəzi çıxarışlar etmişəm. Həsən bəy deyir ki, “21 dekabrda tövbə qapısı bağlanacaq. Göylərin qapısı bağlanacaq. Bütün maddiyat ruhaniyyata yönələcək. Adron kalayder işə salınacaq”. Bu, sonuncu xüsusən şübhəlidir. Çünki söhbət bir şəbəkədən, setdən gedirsə, onu işlətmədən o, işləyə bilməz. Hansısa bir stansiya dayana bilər ki, işləyə bilməz. Çünki onun açarı insanın əlindədir. Ürək xəstəliyi, xərçəng olanlar öləcək deyirsiniz - inciməyin, Həsən müəllim, amma bu, populist çıxışdır. Tövbə qapısını bağlamaq absurddur. Bunu deyirsinizsə, zəhmət olmasa həm də əsaslandırın.

(Əvvəli ötən sayımızda)

H.Həsənov:
- Problem deyil, mən sizin bütün dediklərinizə cavab verəcəm. Öncə Balıqlardan Dolça erasına keçid məsələsinə toxunum. İsa peyğəmbərin qucağında quzu vardı. O quzu böyüyüb qoç olacaqdı. Ondan əvvəl Buğa bürcü idi. Görmüşdüz, heykəllərin başında buğa vardı...

S.Rəhimli:
- Bu, fərqli şeylərdir. Siz dediyiniz kultlar idi, bunun bürcə, dinə aidiyyəti yox idi.

H.Həsənov:
- Bir dəqiqə. Siz mənə inamsızlıq ifadə etdiz, mən də öz arqumentlərimi söyləyirəm.

S.Rəhimli:
- Yox axı, istəmirəm, yalan dərin getsin. Quzu, qoyun, inək krişnaidlərdə də var. Bu, o demək deyil ki, Buğa bürcü olub. Onunla razı deyiləm.

H.Həsənov:
- Nizami Gəncəviyə inanırsız yəqin ki...

S.Rəhimli:
- İnanmaq deyəndə ki, adam Allaha inanar birincisi. Nizami Gəncəvinin isə əsərlərini oxuyuruq.

H.Həsənov:
- Allahın təzahürlərindən biri də Nizamidir. Biri də sənsən, biri də mənəm. Nizami deyib ki, “vaxtı çatmış fələyin zərləri heyrətdə olar. Tutular xanələri, pərdeyi zülmətdə olar...” (uzun bir şeir söyləyir)

S.Rəhimli:
- Bu, astroloji bir şeirdir, bildik. Amma bunun sizin dediyinizə nə dəxli var?

H.Həsənov:
- Rica edirəm, dinşünas qardaşımızdan soruşaq Ənbia 104-də nə yazılıb? (R.Həsənzadə təklif edir ki, bu suala H.Həsənov özü cavab versin-S.T.) Orda deyilib ki, biz həmin gün göyləri kağız bürmələyən kimi bürmələyərik. Yəni 360 dərəcə tamam oldu. Qoç bürcündə 360 dərəcə tamam oldu, bürmələndi, qurtardı. Bu, bizim öhdəmizdə olan bir iş deyil. Bu barədə İncildə, Zəburda, Tövratda məlumatlar verilib (üzünü S.Rəhimliyə tutur). Siz astroloqsuz, deyə bilirsiz. Hər bürcə ev deyirlər.

S.Rəhimli:
- Xeyr, hər bürcün 12 evi var (mübahisə yaratmamaq üçün əlavə edir). Yaxşı, siz fikrinizi deyin, anlaşılar nə demək istədiyiniz.

H.Həsənov:
- Hər bürcə ev deyirlər. Bunun üzərində ciddi dayanaq. Bir var hazır rəqəmlər, qraflarla işləyək. Bir də var bir balaca başdan işləyək. 12 ev var. Hər bürcə 30 dərəcə yer ayrılıb. 12 vur 30 bərabərdir 360. Burası belə. Hər 70 ildən bir, bir dərəcə tullayır geri. Bunu bilirsiz?

S.Rəhimli:
- Atır, amma 70 ildən bir yox. Siz deyin, deyin, işimizin adı budur, dinləyək.

H.Həsənov:
- Bu, kainatın qanunudur. 30 dərəcəni 70-ə vuranda edir 2100. Bir evə, bir bürcə 2100 il vaxt verilib. 2100 il əvvəl Buğa bürcündən Qoç bürcünə keçdi. Artıq o vaxt bitdi. İsa Peyğəmbər 33 il yaşadı. 33 nə deməkdir? Bunu da bilirsiz ki, təsbehi çevirərkən 33 dəfə dediyimiz sözlərdir. 2100 ildən sonra bu, qurtarır. Oddan suya keçid başlayır - Qoç od bürcüdür. Odla su arasında qalacaqsınız demək imtahan dövrüdür. Tutaq ki, 21 dekabr keçdi. Bu, o demək deyil ki, dünya qırıldı, batdı.

S.Rəhimli:
- Başdan-ayağa səhv deyirsiniz.

H.Həsənov:
- Axıra qədər qulaq asın da...

S.Rəhimli:
- Səhvin nəyinə qulaq asım?

S.Telmanqızı:
- Nəyə görə hesab edirsiz ki, səhvdir? Bürclərlə bağlı dediyi rəqəmlər, çəkdiyi nümunələr yanlışdır?

S.Rəhimli:
- Bilirsiz, 11 sentyabr hadisələrində numeroloqlar 21-ə yaxın 11 rəqəmi çıxarmışdılar ortaya. İnsan öz şüurundan çox şey çıxara bilər. Mən də orda 60-a qədər 8 rəqəmi tapıb çıxara bilərəm. 33 yaşda İsa Peyğəmbərin ölməyinin təsbehdəki 33-ə nə dəxli var?

H.Həsənov:
- (Ötkəm-ötkəm) Elə də var...

S.Telmanqızı:
- Səbuhi bəy, siz bu rəqəmlərlə bağlı Həsən bəyin dediklərini təsadüf hesab edirsiz?

S.Rəhimli:
- Hesablamaq, nəyisə tapmaq, hansısa rəqəm haqda danışmaq hələ bu iddiaları sübut etmək deyil ki...

H.Həsənov:
- Əlifin rəqəmi neçədir?

S.Rəhimli:
- Bilmirəm.

H.Həsənov:
- (Üzünü R.Həsənzadəyə tutur) Siz deyin, qardaş.

R.Həsənzadə:
- Əbcədi soruşursuz? Siz özünüz deyin bir...

H.Həsənov:
- Deyin də, deyin. O ki ortada belə ittihamlar, inamsızlıq var, o zaman deyin.

R.Həsənzadə:
- Siz bilmirsiz, deyə bunu soruşursuz? Ya bilib soruşursuz?

H.Həsənov:
- Bilirəm ki, soruşuram. İndi də sizdən soruşuram.

R.Həsənzadə:
- Siz özünüz deyin. Bilirsinizsə, niyə soruşursunuz? Bu, heç ədəbdən deyil.

H.Həsənov:
- Əlifin işarəsi birdir. Minin işarəsi nədir?

R.Həsənzadə:
- (əsəbi şəkildə, üzünü H.Həsənova tutur) Mən bilmək istəyirəm, qarşımdakı müsəlmandır, ya yox? Siz hansı dindənsiniz?

H.Həsənov:
- Mən Günəşə inanıram.

R.Həsənzadə:
- Bu adam Quranı, Allahı qəbul etmir. Mən onunla nə danışım?

S.Rəhimli:
- Bilirsiniz, bəzi rəqəmləri, deyimləri əzbərləyib, insanları çaşdırmaq olar...

H.Həsənov:
- Xeyr, hazırda siz ikiniz məni çaşdırmağa çalışırsınız.

S.Rəhimli:
- Deyirsiniz, 21 dekabrdan sonra tövbə qapısı bağlanacaq. Bu, çaşdırmaq deyil, nədir?

R.Həsənzadə:
- Birinci, insan danışanda bilmək lazımdır ki, o, hansı düşüncəyə və əqidəyə sahibdir. Əgər biz ikimiz də müsəlmanıqsa, müsəlman, İslam müstəvisində danışaq. Yox, əgər o, müsəlman deyilsə, mən niyə ona Qurandan dəlil gətirim?

S.Telmanqızı:
- Yox, Həsən müəllim məsələyə tamam fərqli prizmadan yanaşır. Siz islami yöndən təhlil edirsiz.

R.Həsənzadə:
- Mən baxıram ki, qonaqlarınız çox maraqlı danışır. Amma İslamın əsas qayəsi budur ki, İslam heç vaxt insanı bürclərdən, zamandan, məkandan asılı məxluq bilmir. Bürclər, Günəş insana tabedir. Günəş kimdir ki, mən ona inanım? Onun vəzifəsi mənə işıq verməkdir. Yoxsa ki, mən ona sitayiş edim, inanım. Günəşi Allah mənim üçün yaradıb.

H.Həsənov:
- Sən ona tabesən. Çünki o qəfil sönsə, aləm qarışır bir-birinə.

R.Həsənzadə:
- Göydə milyardlarla günəşlər var. Mən Günəşi xəlq edən varlığa inanıram. Heç bir bürc insan taleyini dəyişə bilməz.

S.Rəhimli:
- Bürc dəyişmir ki. Kim dedi ki, bürc insan taleyini dəyişir?

R.Həsənzadə:
- Əgər dini nöqteyi-nəzərdən qəbul edilsə ki, bürc insanın taleyinə təsir edir, onda ilahi ədalət inkar olunur. İlahi ədalət odur ki, qiyamət günündə hər bir insandan əməlinə görə soruşulacaq. Allah nə xeyir əməlini unudacaq, nə şər əməlini. Qiyamət günündə o bürclərin təsirinə düşən insan deməzmi ki, ilahi, mən neyləyim ki, o bürcdə doğuldum? Günahım nədir ki, sən məni bu bürcdə dünyaya gətirdin? Bu, tam dinə zidd bir şeydir. Bürc göy sistemi ilə bağlıdır. Bürcləri bu qədər şişirtmək olmaz, dinə ziyandır.

S.Rəhimli:
- Mən həmişə yazıram ki, Tanrı ulduzlardan daha yuxarıda dayanır. Özümüz də ibadət adamı olduğumuz üçün bunu daha dərin dərk edirik. Mən heç vaxt demirəm ki, bürc insana təsir edir. Zaman kəsimi var - Günəş girir Qoç bürcünə, o zaman yeni il başlayır, gözəl bir gün başlayır, bahar gəlir. Hər bir bürcün öz ritmi var.

R.Həsənzadə:
- Bunların bizim ruhumuza heç bir təsiri yoxdur. Bunlar fiziki yaşamağımıza təsir edir, sadəcə. Bu, insanı aşağılamaq, Allahın hədəfini kiçiltməkdir. Siz bir müsəlman kimi bunları deyirsiz, amma bilmirsiz ki, nə boyda günah edirsiz?

H.Həsənov:
- Qoy günah yazılsın mənim boynuma. Sən niyə mənim günahıma görə narahat olursan?

R.Həsənzadə:
- Sən günaha inanırsanmı ki, ondan danışırsan? Sən ümumiyyətlə, heç nəyə inanmırsan.

S.Telmanqızı:
- (Atmosferi yumşaltmaq üçün müdaxilə edib, mövzuya yeni istiqamət veririk). Həsən müəllimin daha öncə dediklərində də bir qədər elmi aspektlər var idi. Məsələn...

(Davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR