İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sıra kənd təsərrüfatı məhsulları üzrə ixracımız azalıb

9749 10.09.2022 08:30 KİVDF layihələri A A

İxracatçılar yeni ixrac mövsümündən yararlana biləcəklərmi?

Son 5 ayda dünya ərzaq bazarında ucuzlaşma qeydə alınsa da, Azərbaycana idxal olunan məhsulların dəyərində bu, öz əksini tapmır. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlar əsasında ekspertlərin apardığı hesablamalar göstərib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,99 faiz çox olub. Belə ki, 2022-ci ilin 7 ayı ərzində ölkəyə 1 milyard 190 milyon 423 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 181,5 milyon dollar çoxdur.

Bu artım ayrı-ayrı ərzaq məhsulları ilə bağlı xüsusilə daha böyükdür. Məsələn, 2022-ci ilin yanvar-iyul aylarında ölkəyə idxal edilən bitki və heyvan mənşəli yağların idxal dəyəri 2021-ci ilin 7 ayı ilə müqayisədə 13,5 faiz, çayın idxal dəyəri 14,1 faiz, buğdanın idxal dəyəri 49 faiz, meyvə-tərəvəzin idxal dəyəri 10,7 faiz, düyününkü 34,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2022-ci ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 2,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 23,9 faiz, 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin yanvar-iyun aylarına nisbətən isə 21,5 faiz artıb.

2022-ci ilin iyun ayında ixrac olunan məhsulların qiymət indeksində artım isə əvvəlki ayla müqayisədə 5,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,6 faiz, 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 78,9 faiz təşkil edib.

Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

İxrac olunan məhsulların qiymət indeksində ciddi artım olsa da, bu, ölkədən kənd təsərrüfatı məhsullarının ixracını yetərincə stimullaşdıra bilməyib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan bir sıra kənd təsərrüfatı məhsullarının ixrac həcmində ciddi azalma qeydə alınıb. Belə ki, gömrük statistikasına əsasən ötən ilin yeddi ayında Azərbaycan 39 milyon 851.3 min dollar dəyərində 91 813.86 ton kartof, 128 milyon 161.28 min dollar dəyərində 119 min 40.03 ton pomidor, 12 milyon 616.15 min dollar dəyərində 27 min 571.90 ton alma, 31 milyon 865.68 min dollar dəyərində 42 min 342.91 ton xurma, 2 milyon 986.81 min dollar dəyərində 1 910.83 ton nar, 14 milyon 623.32 min dollar dəyərində 12 min 325.80 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edib. Bu ilin eyni dövründə kartof ixracı 35 milyon 59.15 min dollar dəyərlə 78 min 156.41 ton, pomidor ixracı 134 milyon 126.11 min dollar dəyərlə 112 min 204.79 ton, alma ixracı 13 milyon 226.13 min dollar dəyərlə 19 min 703.73 ton, xurma ixracı 29 milyon 669.59 min dollar dəyərlə 39 min 75.65 ton, nar ixracı 2 milyon  424 min dollar dəyərlə 1 541.27 ton, tərəvəz və meyvələrin emal məhsullarının ixracı isə 12 milyon 651.92 min dollar dəyərlə 10 265.13 ton təşkil edib. Beləliklə də kartof ixracı həcm ifadəsində 14,9 faiz, dəyər ifadəsində 12 faiz azalıb, alma ixracı həcm ifadəsində 28,5 faiz azalıb, dəyər ifadəsində 4,8 faiz artıb, pomidor ixracı həcm ifadəsində  5,7 faiz azalıb, dəyər ifadəsində 4,6 faiz artıb, xurma ixracı həcm ifadəsində 7,7 faiz, dəyər ifadəsində 6,9 faiz azalıb, nar ixracı həcm ifadəsində 18,4 faiz, dəyər ifadəsində 18,9 faiz, tərəvəz və meyvələrin emal məhsullarının ixracı həcm ifadəsində 16,7 faiz, dəyər ifadəsində isə 13,5 faiz azalıb.

Kənd təsərrüfatı məhsullarının istehsalı artır, keyfiyyəti yüksəlir

Onu da qeyd edək ki, bu il Azərbaycanda iqlim şərtləri ixrac həcmləri azalan məhsulların istehsalının artması üçün ötən ilə nisbətən daha əlverişli olub. Nar, alma və xurma üzrə bu ilki məhsulun ixrac prosesinin hələ başlamadığını nəzərə alsaq, oktyabrdan başlanan yeni ixrac mövsümündə daha çox məhsulun xaricə satışı üçün əlverişli zəmin olduğunu söyləyə bilərik. Ümid etmək olar ki, ixracatçılar bu zəmindən faydalana biləcəklər.

Yeri gəlmişkən, ənd təsərrüfatı məhsullarının ixracındakı azalmanı qeyri-neft sektoruna dair digər məhsulların ixracındakı artım kompensasiya edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artmaqla 1,9 milyard  dollar təşkil edib. Bu zaman kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2 faizini təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində yeməli meyvələr və qoz-fındığın ixracı 25,1 faiz artaraq 227,7 milyon dollar, tərəvəz ixracı isə 180,5 milyon dollar təşkil edib. Aqrar məhsullar strukturunda 3,4 faizlik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon dollara çatıb.

Mərkəzin məlumatından aydın olur ki, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. O cümlədən aqrar-sənaye məhsullarının strukturunda 8,6 faizlik paya malik çay ixracı 53,9 faiz artaraq 8,5 milyon dollar təşkil edib. Sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4 faiz artaraq 20,9 milyon dollar səviyyəsinə çatıb.

Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR