İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir haşhaşilər dəstəsi var, indi də deyirlər mitinq keçirəcəyik - Arzuman Abdulkərimov Əli Kərimliyə niyə qəzəbləndi?

728 17.04.2024 12:10 Ölkə A A

Azərbaycanda bir qaragüruh dəstə var, indi deyirlər ki, mitinq keçirəcəyik.

Musavat.com xəbər verir ki, bu sözləri “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Arzuman Abdulkərimov "TV Musavat"ın efirində deyib.

Politoloq həmin dəstəni Həsən Sabbah tərəfindən 1090-cı ildə yaradılmış və həmin dövrdə siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmış haşhaşilər dəstəsinə bənzədib.

O vurğulayıb ki, hazırda ölkədə tam siyasi sabitlik dövrüdür və xalq hökumətdən narazı olsa, iqtidarın hakimiyyətdə qalması mümkün deyil.

"Xalq Prezident İlham Əliyevdən razıdır. Hansısa kiçik dəstə böyük qələbə və uğurlarımızı görməzdən gəlir" - o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR