İnsanlara hürriyət, millətlərə istiqlal!

Bekarçılıqdan xəncərlə evə basqın edən şəxsə 9 il müddətinə həbs cəzası istənildi

455 17.12.2018 18:12 Kriminal A A

Quldurluqda təqsirləndirilən gənc hakim qarşısına çıxarılıb. O, ağır cinayəti bekarçılıq olduğu üçün törətdiyini söyləyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Cavid Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda göstərilir ki, Cavid Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girib. Pəncərədən evə daxil olan Cavid yatan Elnarə Əhmədovanı xəncərlə hədələyərək 150 manat istəyib. Səsə oyanan Nicat Əhmədov Cavidi zərərsizləşdirib və polis çağırılıb.

Məhkəmədə Cavid Əhmədov sərbəst ifadə verərkən söyləyib ki, həmin gün sərxoş olub və bekarçılıqdan bu əməli törədib: "Qonşunun ad günündə içmişdim. Oradan çıxıb evə getdim. Anamla tək qalırdım deyə bekarçılıqdan ürəyim sıxılırdı. Evdə olan suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim orada heç kim yaşamır" - deyən Cavid bildirib ki, hasardan tullanaraq həyətə keçib və pəncərədən də evə girib.

O, yatan qadını oyatdığını, ondan 150 manat pul istədiyini deyib: "Mənə 150 manat pul lazım idi. Amma vermədi. Qışqıranda yanında yatmış əri oyandı".

Cavid söyləyib ki, xəncəri özü könüllü olaraq ev sahibinə verib. Sonra onun əllərini bağlayıb polisə təhvil veriblər.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR