İnsanlara hürriyət, millətlərə istiqlal!

Baytarlıq Xidməti Nəzarəti: "Xidmətdə heç bir yoxlama aparılmır"

1199 09.05.2018 20:30 Son xəbər A A

“Yeni Müsavat” qəzetinin 8 may və 9 may 2018-ci il tarixli saylarında və qəzetin veb səhifələrində “Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası” (http://musavat.com/news/baytarliq-xidmetinin-reisinin-sok-maxinasiyasi_525016.html )
“Baş baytar həbs oluna bilər” (http://musavat.com/news/bas-baytar-hebs-oluna-biler_525328.html )  məqalələr dərc edilib. 

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin imzasıyla redaksiyamıza daxil olan məktubda bildirilir ki, yuxarıda sərlövhəəri və bağlantıları göstərilən yazıların əsası yoxdur, heç bir fakta söykənmir və Dövlət Xidmətinin fəaliyyətinə xələl gətirir.

DBNX-in təkzib məktubunda bildirilir ki, hazırda xidmətdə heç bir yoxlama və ya araşdırmalar aparılmır: "Həmçinin, son illərdə Dövlət Xidməti tərəfindən kəsim üçün Azərbaycan Respublikasına xaricdən gətirilən mal-qaranın damazlıq adı ilə rəsmiləşdirilmsi qeydə alınmamış və belə bir fakt mövcud deyildir".

Məktuvda daha sonra yazılır: "Ümumiyyətlə, dövlət baytarlıq nəzarətində olan yüklərin idxal edildiyi ölkənin epizootik vəziyyəti sabit olarsa (Beynəlxalq Epizootik Büronun məlumatları əsas götürülür), idxal zamanı hüquqi və fizik şəxslərə icazə sənədi verilir. Son illər epizootik durumundan asılı olaraq respublikamıza kəsim üçün heyvanlar Gürcüstan, Ukrayna və Rusiya Federasiyasından, damazliq məqsədi ilə Almaniya və Avstriyadan idxal edilmişdir.

Heyvan gətirən sahibkarlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icazə sənədləri ilə təmin edilmiş və heç qanun pozuntusu qeydə alınmamışdır. Buradan bir daha aydın olur ki, məqalələrdə göstərilən faktlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Bu məlumatlar dezinformasiya xarakteri daşıyır və ictimaiyyəti çaşdırmağa xidmət edir".

Məktubun sonunda yuxarıda qeyd olunanların nəzərə alınıb təkzib verilməsi xahiş olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR