İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunur - FOTOLAR

6846 15.11.2017 11:58 Gündəm A A

Bu gün Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilir.

Tədbirdə bir neçə məsələ müzakirəyə qoyulub:2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat, 2018-cu il üçün daşınma həcminə dair planın təsdiqlənməsi,  2018-ci il üçün tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, gələn il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, 2017-ci il üçün BTNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi və sair...

Müzakirələrdə ölkələrarası yük  axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətdə yük axınının cəlb edilməsinin zəruriliyi  vurğulanıb.

Qeyd olunub ki, oktyabrın 30 -da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

"Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları"  Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, "Gürcüstan Dəmir Yolu" SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Muktarovun iştirakı ilə müvafiq sənədlər imzalanacaq.

Nərgiz Liftiyeva
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR