İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır avtoqəza olub, ölən və xəsarət alanlar var

1702 26.03.2019 04:36 Kriminal A A

Bakı-Sumqayıt şossesində ağır yol qəzası qeydə alınıb, ölən və xəsarət alanlar var.

ONA-nın xəbərinə görə, hadisə ötən gün baş verib.

Rusiyadan Bakıya gələn, 1973-cü il təvəllüdlü Gənciyev Sərdar Səməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobilini Bakı-Sumqayıt şossesinin paytaxtın Yasamal rayonu ərazisinə düşən hissəsində beton arakəsməyə çırpıb.

Nəticədə avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Haqverdi oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü S.Gənciyev və digər sərnişin - 1973-cü il təvəllüdlü Rüstəmov Vidadi Vasif oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. İlkin ehtimal olaraq qəzaya səbəb kimi sürücünün yuxusuz olması göstərilir.

Qeyd edək ki, hər üç şəxs Rusiyadan Bakıya gəlirmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR