İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda axund narkotiklə tutuldu - FOTOLAR

1917 12.04.2024 20:28 Kriminal A A

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Məlumata görə, o, Neftçalada mədrəsədə çalışırmış.

Axund Samid Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR