İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan polisi Xankəndidə ermənilər üçün bunu etdi - İnsanlıq DƏRSİ

2597 11.10.2023 12:34 Qarabağ xəbərləri A A

Azərbaycan polisi Qarabağda ermənilərin tərk etdiyi evləri qoruyur.

Bu haqda “İravunk” nəşri Qarabağda qalan erməni sakinlərə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ermənilər Ermənistana qayıtdıqdan sonra onların yaşadığı evlər Azərbaycan polisi tərəfindən mühafizə altına alınıb.

“Evlərdə əşyalara qədər heç nəyə toxunulmayıb. Azərbaycan polisi evlərin qapılarını bağlayıb və mühafizə altına alıb. Qarabağda qalan erməni sakinlər bildirirlər ki, Ermənistana gedən ermənilər geri qayıtmaq istəyərsə, çıxdıqları evlərində yaşaya bilmələri üçün hər cür şərait var”, - nəşr yazır.

Ermənilər tərəfindən etiraf edilən bu fakt Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını alt-üst edir. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR