İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bəstəkarlarının əsərləri Rusiyada teatr repertuarlarına əlavə edilə bilər

665 23.09.2018 00:32 Mədəniyyət A A

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Rusiyaya rəsmi səfəri çərçivəsində 22 sentyabr tarixində Moskva Hökümətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb.

“Report” xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı təhsil müəssisələri arasında kardlar mübadiləsinin həyata keçirilməsi, rejissorların müştərək qastrol səfərlərinin təşkil olunması, o cümlədən, kitabxana sahəsində Moskvada tətbiq olunan ən son texnologiyaların Bakıda da tətbiq olunması ilə bağlı imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatr repertuarlarına əlavə edilməsi, müştərək tamaşaların qoyulmasının və Moskvanın hər hansı bir teatrında bir həftəlik “virtual pəncərənin” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak edib.

 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR