İnsanlara hürriyət, millətlərə istiqlal!

Aynur İmanova: “Hədəfimiz çempionluqdur”

518 18.04.2024 12:54 İdman A A

“Hər iki komanda yarımfinalda böyük əzmkarlıq göstərdi”.

Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Aynur İmanova Azərbaycan çempionatında yarımfinalın 2-ci oyununda “Gəncə” ilə keçirdikləri matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının kapitanının sözlərinə görə, ilk iki setdə qalib gəldikdən sonra finala vəsiqəni təmin ediblər: “Sonradan məşqçimiz gənc oyunları meydana buraxaraq, onlara da şans verdi. Məğlub olsaq da, finaldayıq. Rəqibimiz isə bu gün bəlli olacaq. Bundan sonra bütün diqqətimizi finala çıxacaq kluba yönəldəcəyik. Hədəfimiz təbii ki, çempionluqdur”.

Qeyd edək ki, “Gəncə" yarımfinalın ikinci görüşündə 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə 0:3 hesabı ilə uduzduğundan "Azərreyl" finalda qüvvəsini sınayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR