İnsanlara hürriyət, millətlərə istiqlal!

STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib FOTO

561 01.05.2024 11:20 Siyasət A A

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Qətər Dövlətinin Milli insan hüquqları komitəsinin sədri Məryəm bin Abdullah əl Attiyahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Musavat.com xəbər verir ki, Qətərli qonaq əvvəlcə dəvətə görə Mərkəz rəhbərinə təşəkkür edib. Görüşdə Azərbaycan və Qətər dövləti arasında insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində birgə əməkdaşlıq potensialları müzakirə olunub.

Daha sonra Mərkəz rəhbəri qonaqları STM-in həyata keçirdiyi hesabatlar, sorğu sənədləri və digər mühüm fəaliyyət sahələri ilə tanış edib. Zahid Oruc bildirib ki, ictimai rəyin öyrənilməsində, media sahəsində və bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv ölkə olaraq Azərbaycan İslam dünyasının bir parçası olan Qətərlə əməkdaşlığı növbəti məcraya daşımaq niyyətindədir. O, qeyd edib ki, əməkdaşlıq ediləcək maraq dairələri kifayət qədər çoxdur.

Görüş zamanı bir sıra sahələrdə tədqiqatların həyata keçirilməsinin önəmi də üzə çıxıb. Azərbaycanın İslam dünyasındakı yeri, bu ölkələrin Qarabağın bərpasındakı rolu, tədqiqat mərkəzlərinin bu prosesə töhfə vermək imkanlarından bəhs edilib. Türkiyəylə birgə bu üç dövlətin siyasi institutlarının müxtəlif mövzularda – islam və türk dünyası arasındakı bağların möhkəmləndirilməsinə xidmət edən bir çox humanitar, siyasi, iqtisadi məsələlər, eyni zamanda media fəaliyyəti ətrafında birgə əməkdaşlığın, təhlillərin, fikir mübadilələrinin aparılmasının vacibliyi vurğulanıb.

Mərkəz rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətinə də toxunub. Mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb, eyni zamanda informasiya savaşında Qətərin dəstəyindən istifadə etmək niyyətini açıqlayıb. Bütövlükdə, Azərbaycanın İkinci Qarabağ müharibəsi, ümumiyyətlə Qarabağ müharibəsi kontekstində qarşılaşdığı problemlərdən bəhs edilib.

Məryəm bint Abdullah əl Attiyah da sədri olduğu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Birgə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Görüşdə ümumilikdə, qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın faydaları vurğulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR